Dərc edildi: Baxış sayı: 242
ABŞ-da neft ehtiyatlarının gözlənilməz artımı bu sahədə ucuzlaşmaya səbəb olub
ABŞ-da neft ehtiyatlarının azalması gözləntiləri fonunda “qara qızıl”ın qiymətində eniş qeydə alınıb.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,41 % ucuzlaşaraq 1 bareli 82,91 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,44 % düşüb və 1 bareli 79,28 ABŞ dolları təşkil edib.
Amerika Neft İnstitutunun (API) hesablamalarına görə, ötən həftə ABŞ-da neftin kommersiya ehtiyatları 1,3 milyon barel azalıb. Analitiklər isə ehtiyatların 2 milyon barel azalacağını güman edirlər. ABŞ-ın Energetika Nazirliyi rəsmi statistikanı bu gün açıqlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət