Dərc edildi: Baxış sayı: 384
ABŞ-da müsəlman konqresmenə hədə: Asılsın...
ABŞ-ın Respublikaçılar Partiyasından Nümayəndələr Palatası üzvlüyünə namizəd Daniella Stella müsəlman qadın konqresmen İlhan Omarı ölümlə təhdid edib.
Axar.az xəbər verir ki, Stella Tvitter səhifəsində İlhan Omarın İrana casusluq etdiyini və buna görə də onun asılmalı olduğunu yazıb.
“İlhan Omarın İrana həssas məlumatları sızdırdığı sübut olunarsa, o, vətənə xəyanətdə ittiham edilməli və asılmalıdır”, - Stella bildirib.
Tvitter rəhbərliyi isə “Qardian” qəzetinə verdiyi açıqlamasında Daniella Stellanın qaydaları dəfələrlə pozduğu üçün hesabının bağlanıldığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət