Slimfit
  1. DÜNYA

ABŞ-da koronavirusla təklif: hər vətəndaşa 1000 dollar verilsin

ABŞ-da koronavirusla təklif: hər vətəndaşa 1000 dollar verilsin
Sakura

ABŞ-da koronavirus səbəbindən hər bir vətəndaşa 1000 dollar verməyi təklif etdilər

ABŞ-da yetkinlik yaşına çatmış bütün vətəndaşlara koronavirus epidemiyasının vurduğu ziyanları kompensasiya etmək üçün1000 dollar pul verilməlidir. CNN xəbər verir ki, bu təkliflə ABŞ-ın respublikaçı senatoru Mitt Romni çıxış edib.

Romni, belə bir təklif etməsini "ailələrə və işçilərə zəruri məsələlərdə kömək etmək və ölkə iqtisadiyyatında istehlak xərclərini artırmaq" məqsədi ilə əsaslandırıb. O, ABŞ Konqresinin 2001 və 2008-ci illərdəki böhran zamanı belə tədbirlərə əl atdığını xatırladıb.

Senator eyni zamanda epidemiyadan əziyyət çəkən kiçik müəssisələrə qrantların verilməsini və tələbələrin maddi durumlarının yüngülləşdirilməsini təklif edib.

Ens.az saytı bildirir ki, ən son məlumatlara görə, koronavirus səbəbindən ölənlərin sayı 7044-ə çatıb, virusa yoluxanların ümumi sayı 179 min olub, bunlardan 77,9 min nəfəri sağalıb.

Yeni bir növ koronavirus olan COVID-19 xəstəliyi ilk dəfə 2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərində qeydə alınmışdı. Onun simptomları qızdırma, halsızlıq, nəfəs darlığı və öskürəkdir. Çinlə yanaşı, artıq dünyanın 100-dən çox ölkəsində xəstəliyə yoluxma halları aşkar edilib.

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR