Slimfit
  1. DÜNYA

ABŞ-da koronavirusa yoluxanların 500 mindən çoxu uşaqlardır

ABŞ-da koronavirusa yoluxanların 500 mindən çoxu uşaqlardır
Sakura

ABŞ-da koronavirusa yoluxanların 500 mindən çoxu uşaqlardır

ABŞ-da epidemiyanın əvvəlindən bəri 500 mindən çox uşaq koronavirus infeksiyasına yoluxub.

AZƏRTAC xəbər verir ki, Amerika KİV-ləri bu barədə ABŞ Pediatriya Akademiyasının məruzəsinə istinadla məlumat yayıb. Məruzədə sentyabrın 3-dək uşaqlar arasında koronavirusa yoluxma halları barədə tədqiqatın nəticələri təqdim edilib. Mütəxəssislər 49 ştatda müxtəlif yaşda uşaqlar arasında yoluxma halları barədə məlumatlar toplayıb. Texas ştatı həmin siyahıya daxil edilməyib.

Sənəddə bildirilir ki, indiyə qədər 513 min 415 uşaq COVID-19 xəstəliyinə yoluxub. Bu, bütün yoluxma hallarının 9,8 faizinə bərabərdir.

Mütəxəssislərin hesablamalarına görə, ABŞ-da hər 100 min uşaqdan 680-i koronavirus infeksiyasına yoluxub, 42 ştatda, o cümlədən Nyu-Yorkda uşaqlar arasında infeksiyadan ölüm halları müşahidə edilib. Uşaqlar arasında ölümlə nəticələnən yoluxma halların ümumi sayı 103-ə çatıb - 0,3 faiz.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, ABŞ-da 6 milyon 514 min 376 nəfər koronavirusa yoluxub, 194 min 37 nəfər həyatını itirib, 3 milyon 797 min 173 xəstə isə sağalıb. Müalicəsi davam edən 2 milyon 523 min xəstədən 14 min 464-nün vəziyyəti ağır qiymətləndirilir.

Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdə qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR