Dərc edildi: Baxış sayı: 624
ABŞ-da korona xəstələri belə müalicə edilir
ABŞ-ın Nyu York şəhərində bəzi xəstəxanalarda koronavirusdan müalicə alanlara yüksək miqdarda C vitamini verilir.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
“Amerikalı mütəxəssislərin məlumatına görə, nəfəs almaqda çətinlik çəkən koronavirus xəstələrinə müalicə məqsədilə gündə 1500 milliqram C vitamini verilir. Xəstələrin vəziyyəti nəzərə alınaraq bu müalicə üsulu gün ərzində 3-4 dəfə tətbiq edilir. Bu üsuldan Çinin Şanxay şəhərində pandemiya xəstələrinin müalicəsində istifadə edildiyi və müsbət nəticələrin əldə olunduğu bildirilib”, - qəzetin məlumatında qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət