Dərc edildi: Baxış sayı: 432
ABŞ-da işsizlik səviyyəsi son 80 ilin rekordunu vura bilər
“Bloomberg”in keçirdiyi 69 iqtisadçının aylıq sorğusunun nəticəsində verilən proqnozlara əsasən ABŞ-da işsizlik səviyyəsi indiki 4,4%-dən 12,6%-ə yüksələ bilər və bu ötən əsrin 40-cı illərindən bəri ən yüksək göstəricidir.
"APA-Economics"in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, COVID-19 virusunun pandemiyasının fonunda ölkənin ÜDM-i aprel ayında iyun ayınadək illik müqayisədə 25% azala bilər.
Bundan əlavə, mütəxəssislərin proqnozlarına görə, pandemiyanın may ayında bitməsi halında belə, 20 milyondan çox ABŞ vətəndaşı işsiz qalacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət