Slimfit
  1. İQTİSADİYYAT

ABŞ-da iqtisadi artımla bağlı proqnoz yeniləndi

ABŞ-da iqtisadi artımla bağlı proqnoz yeniləndi
Sakura

ABŞ-da iqtisadi artımla bağlı proqnoz yeniləndi

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) ölkənin ümumi daxili məhsulunun (ÜDM) artımına dair proqnozlarını yeniləyib. 

Report” “İnterfax” agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, qurum 2020-ci ildə iqtisadi geriləmə ilə bağlı iyunda verdiyi 6,5%-lik proqnozu 3,7%-ə endirib, 2021-ci ildə ölkədə 4% (əvvəl 5% idi), 2022-ci ildə isə 3% (əvvəl 3,5% idi) iqtisadi artım olacağını bəyan edib. FED həmçinin 2023-cü ildə ÜDM-də 2,5% artım olacağını açıqlayıb. 

Tənzimləyici qurum ölkədə işsizlik səviyyəsi ilə bağlı da yeni proqnozlar açıqlayıb. Bu göstərici üzrə proqnoz 2020-ci il üçün 9,3 %-dən 7,6%-ə, 2021-ci il üçün 6,5%-dən 5,5%-ə, 2022-ci il üçün 5,5%-dən 4,6%-ə endirilib, 2023-cü il üçün isə 4% müəyyən edilib. 

FED inflasiya proqnozunu da yeniləyib. İstehlak qiymətləri indeksi 2020-ci il üçün 0,8%-dən 1,2%-ə, 2021-ci il üçün 1,6%-dən 1,7%-ə, 2022-ci il üçün 1,7%-dən 1,%-ə qaldırılıb, 2023-cü il üçün isə 2% müəyyən edilib. Ərzaq və enerji daşıyıcıları istisna olmaqla inflasiya proqnozu isə 2020-ci il üçün 1%-dən 1,5%-ə, 2021-ci il üçün 1,5%-dən 1,7%-ə, 2022-ci il üçün 1,7%-dən 1,8%-ə qaldırılıb, 2023-cü il üçün isə 2% müəyyən edilib. 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR