Dərc edildi: Baxış sayı: 782
ABŞ-da daha bir prezidentliyə namizəd mübarizəni dayandırdı
ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasından iddiaçılar arasında yer alan biznesmen Endrü Yanq seçkiqabağı yarışı tərk edib.
“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Qeyd olunub ki, bununla bağlı biznesmen yaxın vaxtlarda rəsmi açıqlama verəcək.
Hazırda 10 nəfər Demokrat Partiyasından vahid namizəd tərəfindən irəli sürülmək üçün mübarizəni davam etdirirlər.
Onların arasında keçmiş vitse-prezident Co Bayden, senatorlar Berni Sanders, Elizabet Uorren, Emi Klobuşar, Saut Bend şəhərinin (İndiana) meri Pitt Butticiç, milyarder və filantrop Tom Steyer, 78 yaşlı milyarder Maykl Blumberq və Havaydan Nümayəndələr palatasının üzvü Tulsi Qabbard var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət