Slimfit
  1. SİYASƏT

ABŞ-da Azərbaycanla bağlı daha bir bəyannamə qəbul edildi

ABŞ-da Azərbaycanla bağlı daha bir bəyannamə qəbul edildi
Sakura

ABŞ-da Azərbaycanla bağlı daha bir bəyannamə qəbul edildi

ABŞ-ın Yuta Ştat Senatı martın 9-da Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul edib. Bəyannamədə Azərbaycandakı dinlərarası tolerantlıq mühiti təsvir olunaraq, bu mühitin gücləndirilməsində Azərbaycan hökumətinin önəmli rolu vurğulanır.

Bu barədə Oxu.Az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, plenar iclasda qəbul edilən bəyannaməni Senator Cin Deyvis (Gene Davis) oxuyub. Yuta Senatının sədri Stüart Adams Azərbaycanın dünyada dini azadlıqlara göstərdiyi hörmətə və dinlərarası tolerantlığına görə tanındığını bildirib. 

 

Bəyannamənin qəbul olunduğu plenar iclasda Yuta ştatında səfərdə olan Azərbaycan nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın müxtəlif dini icmaları və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Yuta ştatında səfərdədir.

Nümayəndə heyətinə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, BBMM-in icraçı direktoru Rəvan Həsənov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev daxildir.

Bəyannamənin qəbulundan sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev plenar iclasda çıxış edərək, ölkəmizin multikulturalizm ənənələrini yüksək dəyərləndirdiyinə görə Yuta Senatına təşəkkürünü bildirib.

O, çətin bölgədə yerləşən Azərbaycanın bu gün dinlərarası harmoniya üzrə gözəl bir örnək olduğunu, ölkəmizdə müsəlman, xristian, yəhudi və digər dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və qardaşlıq şəraitində birgə yaşadıqlarını qeyd edib.

Səfər müddətində nümayəndə heyəti, həmçinin Yuta Ştat Senatının sədri Stüart Adams (Stuart Adams), Yuta Ştat Nümayəndələr Palatasının spikeri Bred Uilson (Brad Wilson) və ştatın paytaxtı Solt Leyk Siti şəhərinin meri Erin Mendenhol (Erin Mendenhall) ilə görüşlər keçirərək, onları Azərbaycanın qədim tolerantlıq ənənələri və multikulturalizm modeli haqqında ətraflı məlumatlandırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR