Slimfit
  1. DÜNYA

ABŞ-da 5 körpədə koronavirus aşkarlandı

ABŞ-da 5 körpədə koronavirus aşkarlandı
Sakura

ABŞ-da 5 körpədə koronavirus aşkarlandı

ABŞ-ın Merilend ştatında biri biraylıq olmaqla, 5 körpəyə koronavirus diaqnozu qoyulub.

Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Larri Hoqan açıqlama verib.

O bildirib ki, ştatda yaşı 1-dən az olan 5 körpədə koronavirus testi pozitiv çıxıb: “Gerçək budur ki, bu xəstəlik heç bir fərq qoymur, heç kəs toxunulmaz deyil”.

Qeyd edək ki, Merilenddə indiyədək 2 758 nəfərə koronavirus diaqnozu qoyulub. Ştatda pandemiya qurbanlarının sayı isə 40-ı ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 151 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR