Slimfit
  1. AZƏRBAYCAN

ABŞ-da “20 yanvar”la bağlı növbəti sənəd - Nyu-Meksiko ştatının senatı bəyannamə qəbul edib

ABŞ-da “20 yanvar”la bağlı növbəti sənəd - Nyu-Meksiko ştatının senatı bəyannamə qəbul edib
Sakura

ABŞ-da “20 yanvar”la bağlı növbəti sənəd - Nyu-Meksiko ştatının senatı bəyannamə qəbul edib

ABŞ-ın Nyu-Meksiko Ştatının Senatı Qara Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyannamə qəbul edib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, bəyənnamədə Azərbaycan xalqının azadlıq arzularını boğmaq üçün 1990-ci ilin 20 yanvar tarixində 26 minlik Sovet qoşunu Bakıda mülki əhaliyə qarşı amansız qırğın törədiyi, aralarında uşaqlar, qadınlar və yaşlılar da olan böyük sayda günahsız insanı qətlə yetirdiyini qeyd olunur. Sənədin sonunda vurğulanır ki, Nyu-Meksiko Senatı Qara Yanvar faciəsinin 30-cu ildönümünü və Azərbaycanın azadlıq və müstəqillik mübarizəsinin qurbanlarının xatirəsini hörmətlə anır.

Qeyd edək ki, Azərbaycanın Nyu-Meksikodakı fəxri konsulu Art Makhaffi də sənədin qəbul edildiyi plenar iclasda iştirak edib. Bəyannamə senator Ortiz i Pino tərəfindən fəxri konsula təqdim olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR