Slimfit
  1. DÜNYA

ABŞ Çinin mövqeyinə görə pis vəziyyətə düşüb

ABŞ Çinin mövqeyinə görə pis vəziyyətə düşüb
Sakura

ABŞ Çinin mövqeyinə görə pis vəziyyətə düşüb

ABŞ prezidenti Co Baydenin administrasiyası Çinin Ukrayna ilə balı yeni təşəbbüsündən ciddi şəkildə narahat olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rəsi Vaşinqton müttəfiqlərinin Çinin Ukrayna ilə bağlı Çinin qondarma sülh planına rəğbətlə yanaşmasından çəkinir.

Qeyd edək ki, həmin plan ABŞ və Ukrayna üçün qəbuledilməz sayılır.

Bloomberg agentliyinin xəbərinə görə, ABŞ rəsmilərinin fikrincə, Çini yeni təkliflərinəslində Rusiyanın Ukraynada yeni ərazi qazanımlarını təsbitindən başqa bir işə yaramayacaq. Si Tzinpinin son Moskva səfəri zamanı Vladimir Putinin onun sülhlə bağlı ideyalarına müsbət yanaşması bunu göstərir.

Çinin 12 bənddən ibarət təşəbbüsündə “ölkələrin ərazi bütövlüyünə hörmət olunması” ilə yanaşı “ölkələr arasında danışıqların aparılması” və “atəşkəsin zərurətindən” bəhs edilir. Həmin planda Rusiya qoşunlarının Ukraynadan çıxarılması barədə bir bənd belə yoxdur. Çinin təkliflərində Rusiyaya qarşı sanksiyaların ləğvi çağırışı da var.

“Bloomberg”in həmsöhbətlərindən biri ABŞ-ın mövqeyini narahatedici adlandırıb, çünki Vaşinqton prinsipcə Çin təşəbbüsünü rədd etməklə yanaşı, eyni zamanda buna tamamilə göz yuma biləz. Çünki bu Pekinə “müharibədən yorulmuş” digər ölkələrə ABŞ-ın prinsipcə sülh nizamlanmasına qarşı olduğunu söyləməyə imkan verəcək. İndi Vaşinqton Ukraynadakı müharibə ilə bağlı mövqeyindən əl çəkmədən, eyni zamanda Çinə diplomatik təşəbbüsü necə verməmək barədə baş sındırır.

Birləşmiş Ştatlar status-kvonu saxlamaqla Ukraynada atəşkəsin əldə edilməsini qəbuledilməz olduğunu təkid edir və Rusiya qoşunlarının çıxarılmasını atəşkəsin əsas şərti adlandırır. Eyni zamanda, ABŞ Moskva ilə mümkün danışıqlara dair yekun qərarın Kiyevin ixtiyarında olduğunu vurğulayır. Ukrayna hakimiyyəti Çinin təkliflərini birbaşa rədd etmədən, ən azı müharibənin indiki mərhələsində onlarla razılaşmadıqlarını açıq şəkildə ifadə edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR