Dərc edildi: Baxış sayı: 591
ABŞ Çinin İrandan neft almaqdan imtina etməsini tələb edib
Bakı, 13 yanvar, SalamNews. ABŞ Çin hökumətinin İran neftinin tədarükündən tamamilə imtina etməsini istəyir. Bu barədə ABŞ Maliyyə Naziri Stiven Mnuçinə istinadən "Fox News" məlumat yayıb. SalamNews "RİA Novosti"yə istinadla xəbər verir ki, o bildirib ki, İran öz neftinin təxminən 70 faizini Çinə idxal edir. Qurum rəhbərinin sözlərinə görə, Tehranın bu satış müqabilində əldə etdiyi vəsait Yaxın Şərqdəki terrorçu qrupları maliyyələşdirmək üçün istifadə olunur. O qeyd edib ki, ABŞ-ın sanksiyaları səbəbindən İranın neft məhsullarının satışından əldə etdiyi gəlir 95 faiz azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət