Dərc edildi: Baxış sayı: 604
ABŞ: Çinin 5G texnologiyasına alternativlər hazırlayın
ABŞ müttəfiqlərini Çinin 5G texnologiyalarını istifadə etməməyə və alternativlər hazırlamağa çağırıb.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. O, Çin texnologiyalarından istifadənin Qərb ölkələrinin sistemi üçün təhdid kəsb etdiyini bildirib:
“ABŞ Pekinlə konflikt axtarmır. Biz istəyirik ki, Çin mövcud qaydalara, beynəlxalq hüquqa sadiq qalsın. ABŞ tərəfdaşlarını Çinlə əməkdaşlıqdan imtinaya məcbur etmir. Biz qlobal sistemin, bazarın müdafiəsi xeyrinə seçim etməyi istəyirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət