ABŞ Çindən gətirilən məhsullara yeni rüsumların tətbiqini təxirə sala bilər
Birləşmiş Ştatlar Çindən idxal olunan mallara dekabrın 15-də tətbiq edilməsi planlaşdırılan yeni gömrük rüsumlarını təxirə sala bilər.
AZƏRTAC xəbər verir ki, bunu cümə günü Ağ ev yanında ticarət üzrə milli şuranın rəhbəri Piter Navarro ABŞ milli ictimai radiosuna (NPR) müsahibəsində deyib. “Reallıq belədir ki, biz dekabrın 15-nə planlaşdırılan rüsumlara baxırıq və bu rüsumların təxirə salınmasına hazırıq. Lakin son söz prezidentə məxsusdur”, - deyə Navarro qeyd edib. O əlavə edib ki, Vaşinqton Çin məhsullarına hazırda qüvvədə olan tarifləri ləğv etmək fikrində deyil.
Xatırladaq ki, Amerika və Çin arasında aparılan danışıqlar nəticəsində tərəflər ticarət sazişinin hazırlanması üzrə birinci mərhələ barədə prinsipial razılığa gəliblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət