Slimfit
  1. DÜNYA

ABŞ bu həftə Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

ABŞ bu həftə Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər
Sakura

ABŞ bu həftə Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

ABŞ Türkiyənin Suriyanın şimalında apardığı “Sülh Çeşməsi Hərəkatı”na görə bu ölkəyə qarşı iqtisadi sanksiyanı bu həftə tətbiq edə bilər.

Qafqazinfo”nun xəbərinə görə, bu barədə  “Röyters” agentliyi Ağ Evdən olan anonim mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ ordusunun Ankaranın Suriya kürdlərinə qarşı hücumunun qarşısını almaq üçün istifadə edilməsi heç vaxt Türkiyəyə qarşı bir potensial variant kimi  dəyərləndirilməyib: “Lakin, iqtisadi sanksiyalar hələ əhəmiyyətli təsir qolu olaraq qalır. Üstəlik, onlar hökumətin bütün səviyyələrində inkişaf etdirilib”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında  antiterror əməliyyatına başlayıb. Bundan sonra ABŞ Prezidenti Donald Tramp Türkiyəni Suriyada hərbi əməliyyat zamanı kürdləri məhv etməyə başlasa, iqtisadiyyatını məhv edəcəyi ilə təhdid edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR