Slimfit
  1. DÜNYA

ABŞ birjaları çökdü, əməliyyatlar dayandırıldı

ABŞ birjaları çökdü, əməliyyatlar dayandırıldı
Sakura

ABŞ birjaları çökdü, əməliyyatlar dayandırıldı

ABŞ-da səhmlərin qiymətləri kəskin düşüb, əməliyyatları 15 dəqiqə dayandıran sistem işə düşüb. Koronavirus epidemiyasının iqtisadi zərəri artır, sərmayəçilər riskli aktivləri satırlar. Marja xəbər verir ki, ABŞ-da səhmlər birjanın açılışında 8.1% düşüb və əməliyyatların 15 dəqiqə dayanmasını təmin edən sistem işə düşüb. Beləliklə, son bir həftədə üçüncü dəfə işə düşüb. S&P 500 İndeksinin bazarların 17:30-da açılmasının ardından kəskin düşməsi və Cümə bağlanışı ilə müqayisədə 7% geriləyərək 2521.24 bəndə enməsinin ardından sistem işə düşərək əməliyyatları 15 dəqiqə dayandırıb. ABŞ səhmlərinin göstəricisini izləyən ən böyük Birja fondu (ETF) erkən saatlarda 9% düşüb. Maliyyə bazarlarının bu həftəyə həddindən artıq volatil başlamaları riskdən qaçış meylini gücləndirib. Koronavirus bütün dünyada ölkələrin ictimai fəaliyyətini az qala dayanma nöqtəsinə gətirib. Sərmayəçilər ortaya çıxan iqtisadi ziyanın ölçüsünü anlamağa çalışırlar. Səhmlərdəki bu kəskin azalma, bazarların 2008 maliyyə böhranından bu yana gördüyü ən qaranlıq dövrlərdən birinin davamı xüsusiyyətindədir. Narahat sərmayəçilər qazanc təxminləri etibarsız hala gələn şirkətləri necə dəyərləndirəcəklərini təyin etməyə çalışırlar. Koronavirus ABŞ-da 3,000-dən çox adama keçib və virus səbəbindən Avropada həyat az qala dayanmış vəziyyətdədir. ABŞ Mərkəzi Bankı (Fed) Bazar günü faizi sıfıra salaraq və bazarları dəstəkləmək üçün bazara verdiyi likvidliyi artırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR