Dərc edildi: Baxış sayı: 552
ABŞ bir neçə yüz milyon barel neftin saxlanılması imkanlarını araşdırır
ABŞ hökuməti daha bir neçə yüz milyon barel neftin saxlama anbarlarına vurulması imkanlarını nəzərdən keçirir.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin deyib.
Onun sözlərinə görə, hazırda ABŞ administrasiyası dünya bazarlarında enerji daşıyıcıyılarına olan aşağı qiymətlərdən faydalanaraq strateji neft ehtiyatını artırır.
"Bundan əlavə, özəl şirkətlər neftlərini strateji ehtiyatda saxladıqları üçün ABŞ Energetika Nazirliyinə maliyyə vəsaiti ödəyirlər. Biz daha bir neçə yüz milyon barel saxlama imkanlarını da araşdırırıq", - deyə, S. Mnuçin qeyd etdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət