Dərc edildi: Baxış sayı: 223
ABŞ Belarus rəhbərliyinə qarşı sanksiyaların müddətini uzatdı
ABŞ Prezidenti Co Bayden Belarus rəhbərliyinin nümayəndələrinə qarşı sanksiyaların müddətini bir il uzadıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Bayden bu barədə sərəncam imzalayıb və ABŞ Konqresinə bildiriş göndərib.
“Belarus hökumətinin müəyyən nümayəndələrinin hərəkətləri və apardıqları siyasət ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə yaratmaqda davam edir”, - deyə Ağ Evin dərc etdiyi bəyanatda qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət