Slimfit
  1. DÜNYA

"ABŞ Baydenin siyasətinə görə cəhənnəmə gedir" - Tramp

"ABŞ Baydenin siyasətinə görə cəhənnəmə gedir" - Tramp
Sakura

"ABŞ Baydenin siyasətinə görə cəhənnəmə gedir" - Tramp

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, ABŞ hazırkı Amerika lideri Co Baydenin siyasətinə görə cəhənnəmə düşüb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bunu Viskonsin ştatında tərəfdarlarına deyib.

"Biz iqtisadiyyatımızı xilas edəcəyik və ölkəmizi cəhənnəmdən geri qaytaracağıq. Ölkəmiz cəhənnəmdədir", - Tramp bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb.

İkinci müddətə namizədliyini irəli sürən hazırkı Amerika lideri Co Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il əvvəl Bayden ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək istəyən Trumpı məğlub etdiyi zaman eyni namizədlər arasında mübarizə proqnozlaşdırıla bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR