Slimfit
  1. AZƏRBAYCAN

ABŞ Azərbaycanlılar şəbəkəsi Cəbrayıl, Füzuli və Qubadlının işğalı barədə məlumatlandırma kampaniyası keçirir

ABŞ Azərbaycanlılar şəbəkəsi Cəbrayıl, Füzuli və Qubadlının işğalı barədə məlumatlandırma kampaniyası keçirir
Sakura

ABŞ Azərbaycanlılar şəbəkəsi Cəbrayıl, Füzuli və Qubadlının işğalı barədə məlumatlandırma kampaniyası…

ABŞ Azərbaycanlılar Şəbəkəsi Azərbaycanın Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar Amerika ictimaiyyətini Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü haqqqında məlumatlandırmaq üçün növbəti kampaniyaya start verib. ABŞ konqresmenlərinə, ştatların parlamentlərinin qanunvericilərinə və Ağ evə, administrasiyalarının üzvlərinə, Dövlət Departamentinə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, bu üç rayonun işğalı nəticəsində 157 min dinc azərbaycanlı öz doğma yurdundan qovulub.

Bildirilir ki, BMT Təhlükəsizlik Şurası bununla əlaqədar 874 nömrəli qətnamə qəbul edib. Qətnamədə erməni təcavüzü pislənir, Azərbaycanın ərazi bütövlüyü tanınır və erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması tələb olunur. Müraciətdə daha sonra Azərbaycan rayonlarının işğalı və məcburi köçkün vəziyyətinə düşmüş dinc vətəndaşlarımız barədə statistik məlumatlar əks olunub. Müraciətin sonunda ABŞ hökumətinin və siyasi dairələrin üzvləri rəsmi Yerevanın konstruktiv mövqe tutması, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın qərarlarına riayət etməsi, Azərbaycan torpaqlarından çıxması və azərbaycanlı məcburi köçkünlərinin evlərinə qaytarılmasına imkan yaratması üçün Ermənistana təzyiq göstərməyə çağırılır.

Xatırladaq ki, 1993-cü ilin aprel-noyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, onların bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi tərəfindən beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca yeni qətnamələr qəbul ediblər. Lakin Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR