Slimfit
  1. KOSMOS

ABŞ Aya yeni ekspedisiyalar göndərir: əsas vəzifə

ABŞ Aya yeni ekspedisiyalar göndərir: əsas vəzifə
Sakura

ABŞ Aya yeni ekspedisiyalar göndərir: əsas vəzifə

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) ölkədə kosmik şirkətlərlə əməkdaşlığı daha da genişləndirmək məqsədilə 2019-cu ildən etibarən Aya pilotlu kosmik gəmi göndərməyə hazırlaşır.

Axar.az xəbər verir ki, ilk mərhələdə Aya bir neçə robot ekspedisiyası, ikinci mərhələdə isə pilotlu kosmik gəmi göndərilməsi nəzərdə tutulur. Birləşmiş Ştatlar Yerin təbii peykinə sonuncu dəfə 1972-ci ildə astronavt göndərib.

NASA-nın məlumatında bildirilir ki, astronavtların qarşısına qoyulmuş əsas vəzifə Ayın səthində ABŞ astronomlarının gələcək kəşfləri üçün texnoloji avadanlığın quraşdırılmasıdır. Agentliyin təmsilçisi Dennis Andruyçik bununla bağlı deyib: “Gələcəkdə ticarət məqsədilə Aya daşıma xidmətlərinin həyata keçirilməsi üçün kosmik gəmilərin enmə zolaqları ilə bağlı elmi məlumatlar əldə ediləcək. Beləliklə, NASA Ayda olan şəraiti daha yaxşı öyrənəcək”.

ABŞ-ın vitse-prezidenti Mayk Pens ötən il bildirib ki, Ayda sadəcə ayaq izləri buraxmaq və bayraq sancmaq yetərli deyil. Yerin təbii peykini daha yaxşı tədqiq etmək üçün yeni ekspedisiya göndərilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR