Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

ABŞ alimləri COVID-19-un istiliyə daha pis uyğunlaşdığını aşkar ediblər

ABŞ alimləri COVID-19-un istiliyə daha pis uyğunlaşdığını aşkar ediblər
Sakura

ABŞ alimləri COVID-19-un istiliyə daha pis uyğunlaşdığını aşkar ediblər

Ens.az bildirir ki, amerikalı alimlər koronavirusun quru və soyuq iqlimə nisbətən isti və rütubətli iqlim şəraitinə daha az dayanıqlı olduğunu müəyyənləşdiriblər. Bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Hər gün bu düşmən haqqında daha çox məlumat əldə edirik. Daxili Təhlükəsizlik Nazirliyinin alimləri virusun müxtəlif temperaturlarda, iqlimlərdə və səthlərdə necə davrandığı haqqında bir hesabat təqdim etdilər" deyib o.

"Tədqiqatlar göstərdi ki, virus soyuq və quru mühitdə daha yaxşı, isti və nəmli yerlərdə daha pis yaşayır" Tramp jurnalistlərə bildirib.

Daxili Təhlükəsizlik Nazirliyinin təmsilçisi olan alimi Bill Bryantın verdiyi məlumata görə, virusun bir damla tüpürcəkdə yarımdağılma dövrü 21-23 dərəcə istilik, 20% rütubət və günəşin olmaması halında 18 saat olacaq. Eyni şərtlərdə, lakin 80% rütubət halında isə - 6 saat. 35 dərəcə istilikdə və 80% rütubət olduqda bu proses 1 saata qədər sürətlənəcək, yayda 21-23 dərəcə istilikdə, 80% rütubətdə isə- 2 dəqiqəyə qədər çəkəcək.

Vitusun havada aerozol hissəcikləri halında qaldığı vəziyyət haqqında danışırıqsa, onda 21-23 dərəcə isti, 20% rütubət və günəş olmadan, yarımdağılma dövrü təxminən 60 dəqiqə olacaq və eyni şərtlərlə, ancaq yayda günəşli havada - təxminən 1,5 dəqiqə.

ABŞ-ın vitse-prezidenti Mayk Pens qeyd edib ki, bu cür tədqiqatların nəticələri dövlət orqanlarına koronavirusa qarşı məhdudlaşdırıcı tədbirlərin qaldırılmasından sonra mərhələli şəkildə normal həyata qayıtmağı daha yaxşı planlaşdırmağa imkan verəcək.

Mənbə: www.interfax.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR