Slimfit
  1. DÜNYA

ABŞ admiralı: “Rusiyanın Ukraynada strateji qələbəsi Çinin də qələbəsi olacaq”

ABŞ admiralı: “Rusiyanın Ukraynada strateji qələbəsi Çinin də qələbəsi olacaq”
Sakura

ABŞ admiralı: “Rusiyanın Ukraynada strateji qələbəsi Çinin də qələbəsi olacaq”

Rusiyanın Ukraynada strateji qələbəsi Çinin də strateji qələbəsi olacaq.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu fikri ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Con Akuilino deyib.

O, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində çıxışı zamanı vurğulayıb: “Bizim nöqteyi-nəzərimizdən Rusiyanın Ukraynada strateji qələbəsi Çin lideri Si Cinpin üçün strateji qələbə olacaq”.

Admiral amerikalı qanunvericiləri xarici müttəfiqlərə kömək etmək üçün əlavə büdcə paketini tez bir zamanda təsdiqləməyə çağırıb ki, bu paketə Ukrayna üçün puldan əlavə, Asiya-Sakit Okean regionunda Amerikanın Çin və Rusiyaya qarşı mübarizəsi üçün maliyyə vəsaiti də daxildir.

Onun fikrincə, Moskva və Pekin arasında əlaqələrin gücləndirilməsi Vaşinqtonun regionda məhdudlaşdırıcı tədbirləri həyata keçirməsini çətinləşdirir: “Bu, şübhəsiz ki, çəkindirmə məsələsini çətinləşdirir və münaqişə ehtimalını artırır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR