Slimfit
  1. DÜNYA

ABŞ-a viza üçün müraciət edənlərə "sürpriz"

ABŞ-a viza üçün müraciət edənlərə "sürpriz"
Sakura

Viza üçün müraciət edənlərin elektron poçt ünvanları və telefon nömrələri tələb olunacaq

Amerika Birləşmiş Ştatları bu ölkəyə viza üçün müraciət edənlər üçün "sürpriz" hazırlayır.

 

Sputnik Azərbaycan-ın xaric mediaya istinadən məlumatına görə, ABŞ viza ərizəsi üçün müraciət edənlərin sosial media hesablarını da nəzərdən keçirəcək.

ABŞ Dövlət Departamentinin yeni qaydalarına əsasən, viza üçün müraciət edənlərin 5 illik elektron poçt ünvanları və telefon nömrələri tələb olunacaq. Viza ilə bağlı tətbiq ediləcək yeni tələblər barədə açıqlama verən ABŞ-ın Dövlət Departamenti isə bunun vətəndaşlarının təhlükəsizliyi ilə bağlı atılan bir addım olduğunu bildirib.

Departamentin məlumatında bildirilir ki, viza ilə bağlı yeni tətbiq ediləcək qaydalar diplomatik və rəsmi viza ərizəçilərinə şamil olunmayacaq. Amma ABŞ-da işləmək və təhsil almaq istəyən insanların sosial media hesabları ilə bağlı məlumatları tələb olunaraq incələnəcək.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR