Slimfit
  1. AZƏRBAYCAN

ABŞ-a hansı ölkənin vətəndaşlarına viza verməkdən daha çox imtina edir? - Siyahı

ABŞ-a hansı ölkənin vətəndaşlarına viza verməkdən daha çox imtina edir? - Siyahı
Sakura

ABŞ-a hansı ölkənin vətəndaşlarına viza verməkdən daha çox imtina edir? - Siyahı

Turist kimi ABŞ-a getmək istəyən Azərbaycan vətəndaşlarının 25,4%-nin  müraciətinə "yox" cavabı verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Məlumatda bildirilir ki, keçmiş SSRİ ölkələri arasında viza müraciətlərinə ən çox "yox" cavabı  verilənlər Özbəkistan vətəndaşları olub. ABŞ ölkəyə gəlmək üçün  müraciət edən Özbəkistan vətəndaşlarının 68,06% -nə viza verməkdən imtina edib.
Keçmiş SSRİ ölkələrindən olan Qırğızıstan ikinci sırada yer alıb. Viza üçün müraciət edən Qırğızıstan vətəndaşlarına 67,75%-nə "yox" deyilib.
Keçmiş SSRİ ölkələrindən edilən ümumi müraciətlərdə imtina cavabı alanların payı belə olub:
- Özbəkistan - 68,1 %
- Qırğızıstan - 67,8 %
- Gürcüstan - 63,9 %
- Tacikistan - 61 %
- Moldova - 58 %
- Türkmənistan -  56,3 %
- Ermənistan - 56,3 %
- Ukrayna - 45,1 %
- Qazaxıstan - 42,6 %
- Azərabaycan - 25,4 %
- Estoniya - 24,8 %
- Belarus - 21,9 %
- Latviya - 19 %
- Litva - 18,7 %
- Rusiya - 15,2 %
Onu da bildirək ki, ABŞ Özbəkistan vətəndaşlarından daha çox Yəmən (85%), Somali (81%), İran (87%), Liviya (89%), Şimali Koreya (100%), Palau (100%) və Mikroneziya Federativ Dövlətləri (100%) vətəndaşlarına viza verməyib.
Qeyd edək ki, ABŞ hakimiyyəti ayrı-ayrı ölkələrin vətəndaşlarına vizaların verilməməsinin səbəblərini izah etmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR