Dərc edildi: Baxış sayı: 498
Abramoviç “Çelsi”ni satır? – klub prezidenti danışdı
“Çelsi”nin prezidenti Bryus Bak rusiyalı iş adamı Roman Abramoviçin sahibi olduğu klubu satacağı haqda xəbərlərə münasibət bildirib.
Qol.az-ın məlumatına görə, “The Sun”a açıqlamasında o deyib ki, Abramoviçin kluba bağlı biridir: “Biz onunla hər gün bir neçə dəfə danışırıq. O, bizimlə futbolçuları, kommersiya və digər məsələləri müzakirə edir. Bütün bunlar isə onun komandanın yanında olduğunu göstərir”.
Qeyd edək ki, daha əvvəl Abramoviçin Britaniya vizasını uzatması ilə bağlı problem yaranıb. Bu səbəbdən “Çelsi”nin yeni stadionunun tikintisi dayandırılıb. Bundan başqa, bu yaxınlarda bəlli olub ki, “Çelsi”nin sahibi son 10 ildə ilk dəfə komandanın ev oyunlarını keçirdiyi “Stemford Bridj” arenasında özünə loja almayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət