Slimfit
  1. AZƏRBAYCAN

Abituriyentləri zora salan dərs vəsaitləri - Kitablar niyə bahadır?

Abituriyentləri zora salan dərs vəsaitləri - Kitablar niyə bahadır?
Sakura

Abituriyentləri zora salan dərs vəsaitləri - Kitablar niyə bahadır?

Son illər ərzində valideynlərdə belə bir fikir formalaşıb ki, ali məktəbə qəbul olmaq üçün mütləq şəkildə övladları repititor yanına getməlidir. İstər repititor istərsə də hazırlıq kurslarına gedən abituriyentlər müxtəlif dərs vəsaitləri almağa məcburdurlar. Təklif olunan dərs vəsaitlərinin qiymətinin yüksək olması isə əksər hallarda valideyn və abituriyentləri çətin vəziyyətə salır.

“Hədəf” kurslarının direktoru Şəmil Sadıq problemlə bağlı Modern.az saytına açıqlamasında bildirib ki,  hər nəşriyyat orqanının öz qiymət siyasəti var və  bunu hər hansı bir formada nə dövlət orqanı, nə də nəşriyyatlar nizamlaya bilər:  

“Abituriyent hazırlaşdığı qrupa uyğun olaraq 5 fənn üzrə dərs vəsaiti, test kitabçası  almağa məcburdur ki, bunun da qiyməti istənilən halda aşağı olmur. Ümumiyyətlə,  Azərbaycanda hazırda kitab bazarında qiymətlər dünya standartları ilə götürsək, yetərincə ucuzdur. Baxmayaraq ki, bir neçə il əvvəl ölkəmizdə devalvasiya oldu,  lakin nəşriyyatların əksəriyyətində çox cüzi qiymət artımı yaşandı, ya da ümumiyyətlə heç bir artım olmadı”. 

Şəmil Sadıq deyir ki, normal olaraq qiymətin aşağı düşməsi isə birbaşa kağızın qiymətindən aslıdır: 

“Belə ki, kağızın qiyməti artdıqda vəsaitlərin də qiyməti qalxır, ya da əksinə”. 

Təhsil üzrə ekspert Şahlar Əsgərovun dərs vəsaitlərinin qiymətinə reaksiyası belə olub:

“Ölkəmiz artıq 30 ildir ki, bazar iqtisadiyyatı şəraitindədir. Liberal cəmiyyət olduğumuz üçün qiymətləri bazarın müəyyən etməsi normal haldır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR