Dərc edildi: Baxış sayı: 331
Abenin varisi bu tarixdə açıqlana bilər
Yaponiyanın hakim Liberal-demokrat partiyası daha sonra baş nazir vəzifəsinə keçəcək yeni rəhbərini seçmək üçün sentyabrın 15-də səsvermə keçirəcək.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
“Hazırda Şinzo Abe-nin yerini tutacaq Liberal Demokrat Partiyasının sədrinin seçilməsi üçün sentyabrın 15-də seçkilərin keçirilməsi məsələsi araşdırılır", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Yaponiyanın Baş Naziri Şinzo Abe səhhətinin pisləşməsi səbəbindən bu gün tutduğu postdan istefa verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət