Abdullah Gül prezidentliyə namizədlik planları qurur?
Ankara kulislərində bir müddət öncə qurucusu olduğu AKP-dəki üzvlüyündən istefa verərək yaxın günlərdə yeni partiyasını elan edəcəyi gözlənilən keçmiş Xarici İşlər naziri Ali Babacanın partiyasında kimlərin olacağı ilə bağlı müzakirə davam edir. Bu yöndə vətəndaşları maraqlandıran əsas suallardan biri isə sabiq dövlət başçısı Abdullah Gülün Babacanın yanında yer alıb-almayacağı yönündədir.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yeni partiyanın formalaşmasında rol alan və adı açıqlanmayan keçmiş AKP-li deputat Gülün yeni partiyada əsas adamlardan biri kimi yer alacağını iddia edib.
Əli Babacan
O, Gülü işarə edərək “partiyanın mərkəzi İstanbuldur” deyib. Bununla da, Gülün Əli Babacanın partiyasında kölgə liderliyi edəcəyi və Prezidentliyə yenidən namizəd olduğunun dəqiq olduğu vurğulanıb.
Bu məqamda bildirək ki, Abdullah Gül 24 iyun 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində müxalifətdən namizəd olmaq istəsə də, İYİ partiyanın lideri Meral Akşener daha öncədən açıqladığı namizədliyindən imtina etmədiyinə görə onun namizədliyi gerçəkləşməmişdi.
Hulusi Akar və İbrahim Kalın
Həmin ərəfədə Türkiyə Prezidentinin Mətbuat sözçüsü İbrahim Kalın və o zaman Baş Qərargah rəisi olan Hulusi Akarın Gülə baş çəkməsi, eləcə də hər iki şəxsin Gülün yaşadığı iqamətgahın bağçasına helikopterlə enməsi də müzakirələrə səbəb olmuşdu.
Qeyd olunur ki, Gülün yeni partiya vasitəsilə prezidentliyə namizədliyini hədəfə almağı AKP kulislərində narahatlıq yaradıb. Belə ki, onun seçkilərdə uduzacağı düşünülsə də, bu vəziyyətin hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın səs faizlərini daha da azaldacağından şübhə edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət