Slimfit
  1. AZƏRBAYCAN

Abdulla Qurbani: Əli Həsənovun məqaləsi hər bir əsgərimizi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq zəfərlərə ruhlandırır

Abdulla Qurbani: Əli Həsənovun məqaləsi hər bir əsgərimizi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq zəfərlərə ruhlandırır
Sakura

Abdulla Qurbani: Əli Həsənovun məqaləsi hər bir əsgərimizi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha…

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqaləsi nəinki respublikamızda, eləcə də dünyanın bir çox ölkələrində böyük marağa səbəb olub. Bu məqalə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prezidentlik fəaliyyətinin 15 illiyi münasibətilə keçirilən tədbirlərin də əsas tezislərinə çevrilib.

AZƏRTAC xəbər verir ki, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani həmin məqaləyə münasibət bildirərək deyib: “Ali Baş Komandan İlham Əliyevin prezidentlik fəaliyyətinin 15 ili həqiqətən də xalqımızın və dövlətimizin zəfər salnaməsidir və bu salnamənin qısa xronikasını görkəmli ictimai-siyasi xadim Əli Həsənov bütün reallıqları doğru-dürüst əks etdirməklə oxuculara təqdim edib. Bu möhtəşəm zəfər salnaməsi hər birimizin gözləri qarşısında yazılıb desək, heç də yanılmarıq. Bu möhtəşəm zəfər salnaməsi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi, hörmətli Əli müəllimin də qeyd etdiyi kimi, İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsi ilə yazılıb.

Mən bu məqaləni təhlil etmək, uğurlu daxili və xarici siyasəti ilə artıq dünyada məşhurlaşmış prezidentimizin, Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurlardan, dünyanı heyrətə gətirən möhtəşəm layihələrdən, vətəndaşlarımızın firavan, xoşbəxt yaşaması üçün görülən məqsədyönlü işlərdən geniş bəhs etmək niyyətində deyiləm. Onsuz da professor Əli Həsənov bütün sahələrə yetərincə diqqət yetirib və haqlı olaraq 15 ilin prezidentlik dövrünü möhtəşəm zəfər salnaməsi kimi dəyərləndirib. Məqalədə böyük fəxarət hissi ilə qeyd edilir ki, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq”.

Polkovnik A.Qurbani qeyd edib ki, Ali Baş Komandanın prezident kimi fəaliyyətində ordu quruculuğu məsələləri həmişə prioritet olub və Azərbaycan Ordusunun 100 illik tarixində son 15 ilin xüsusi yeri var. Ulu öndər Heydər Əliyevlə başlanan ordu quruculuğu prosesinin yeni mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi altında daha geniş vüsət alıb və bu gün də uğurla davam etməkdədir. Silahlı Qüvvələrimiz dövlət səviyyəsində hər cür diqqət və qayğı ilə əhatə olunub. Bu, Azərbaycan əsgərini sevindirir və onu daha böyük qələbələr qazanmağa ruhlandırır. 2016-cı ilin aprel döyüşləri zamanı Füzuli, Cəbrayıl, Ağdərə və bu ilin mayında Naxçıvan Muxtar Respublikasında min hektarlarla ərazinin, mühüm strateji yüksəkliklərin düşmən işğalından azad edilməsi bir daha təsdiq etdi ki, Azərbaycan əsgəri Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin ordu quruculuğuna verdiyi möhtəşəm töhfələrə, şəxsi heyətə göstərdiyi diqqət və qayğıya, böyük etimada cavab olaraq müqəddəs döyüşlərə atılmağa, torpaqlarımızı işğaldan azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə hər an hazırdır və buna qadirdir.

“On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” məqaləsində müəllif Prezident İlham Əliyevin rəhbərliyi altında şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə də daim xüsusi qayğı ilə yanaşıldığını, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını, silahlı qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi sahəsində ardıcıl tədbirlərin görüldüyünü müdrik və qətiyyətli Prezidentimizin Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial mövqe ifadə edərək “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli torpaqlarına qayıtmalıdırlar” dediyini də nəzərə çatdırıb.

Ümumiyyətlə, kim ki ötən 15 ilin zəfər salnaməsini vərəqləmək istəyirsə, professor Əli Həsənovun bu məqaləsinə müraciət etsə kifayətdir. Hazırda Azərbaycan Ordusunun bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində professor Əli Həsənovun bu məqaləsi keçirilən bütün tədbirlərin əsas tezisləridir və bu məqalə hər bir Vətən əsgərini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm zəfər salnaməsinə yeni-yeni parlaq səhifələr yazmağa ruhlandırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR