Slimfit
  1. ƏDƏBİYYAT

Abdulla bəy Asi - Fəna mulkinə aşiq girməyincə nəfsi ram olmaz

Abdulla bəy Asi -  Fəna mulkinə aşiq girməyincə nəfsi ram olmaz
Sakura

Abdulla bəy Asi - Fəna mulkinə aşiq girməyincə nəfsi ram olmaz adlı qəzəli

Fəna mulkinə aşiq girməyincə nəfsi ram olmaz,
Məqami-"liməəllah" sirri anıncun təmam olmaz.

Könül, piri-muğanın feyzu lutfi gər ola şamil,
Meyi-vəhdət əyağın al ələ, bu mey həram olmaz.

Əzəl şəmsinə ol talib həqiqi hüsn ondandır,
Məcazi dilrubalər hüsni aləmdə müdam olmaz.

Hərimi-Kəbə, səbni-deyr yeksandır, könül, billah,
Əgər məlumə talibsən sənə fərqi-məqam olmaz.

Məqami-qurbi-yarə vasil ola aşiqi-sadiq,
Rizayi-dustdən ozgə ona aləmdə kam olmaz.

Necə vasil olum ol şahə kim, gər olmasa nəzmi,
Mahu mehru buruci-nəcm seyrində nizam olmaz.

Təriqi-eşqə, Asi, laubali qoy qədəm bir dəm –
Ki, əhli-eşqdə pərvayi-canu nəngu nam olmaz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR