Dərc edildi: Baxış sayı: 1008
Abdulla bəy Asi - Daima mən zardən ol dilbəri-bədxu qacar adlı qəzəli
Daima mən zardən ol dilbəri-bədxu qacar,
Guya səyyad görmüş, rəm qılıb ahu qacar.
Yoxsa kim bilmiş deyildir saz yarə müşkilə,
Rəhm edib zəxmi-dərunə yari-mişkinmu qacar.
Bilməzəm, aya necə zulfilə xu tutmuş könül,
Rəsmdir cun nerdə bir şahin gorə teyhu qacar.
Şöleyi-rayinə məhvəşlər dəm urmaz husndən,
Guyiya kim, mocuzi-Musa görüb cadu qacar.
Gizlənib könlüm hücumi-dərdü qəmdən zülf ara,
Xofdan divanə nerdə görsə hayuhu, qacar.
Sərvqədlər icrə guya görməyibdir sərvəri,
Qumriveş dil axtarır hər su deyib "gu-gu" qacar.
Asiya, gormuş ki, gul ol gülruxə həmta deyil,
Bəhs etməkdən səninlə bülbüli-xoşgu qacar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət