Dərc edildi: Baxış sayı: 730
Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Düzlər məsləkini izləyənlər dastanının davamı
Bu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,
Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Birdən artıq coxluğa uz qoyan dəmdə bu vəhdət,
Gorunuşlə xasiyyətdə yarandı bir ziddiyyət.
Vəhdət durur oz başına, hec asılı olmadan,
Gorunuşdə, xasiyyətdə həm əyandır, həm nihan.
Kainatın oz sirri var baxma ona havayı,
Hər şey doğub məhv olmada bircə ondan savayı.
Coxluq təzad yaradırsa əsrarəngiz vəhdətə,
Aşiq-məşuq ad verildi bu əzəli hikmətə.
Hər bir işdə nazu niyaz tələb edir bu dovran,
Bu cur ancaq işlərdəki noqsan qalxar aradan.
İstəyirsən gizli sirlər sənə olsun aşikar,
Qurandakı ≪Allahu nur≫ ayəsini et təkrar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət