Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Bəyani-hal

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Bəyani-hal
Sakura

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Bəyani-hal

Badisəba, qurban olum, aç qapımı əsərək,
Mənə səndən başqa yoxdur bu dünyada bir kömək.
Yubanmadan gedib Səlmə adlı yara ver salam,
Söylə səndən başqa daha yox qəlbimdə bir məram.
Dərd evinin bir küncünə düşüb qalmış xəstədən,
Şikayətlər yetir ona, söylə solub bu bədən.
Bəla məndən əl çəkməyir, son qoymur bu hicrana,
Faniliyi alqışlaram qismət olsa bu cana.
Bu ayrılıq odu əcəb yandırıb yaxdı məni,
Ömrüm tamam puça getdi, yandı həyat xərməni.
And içirəm o hərəmdən qalxan miskin qubara,
And içirəm bir an belə atmadığım ilqara.
Hər an onun xəyalilə döyünmüşdür ürəyim,
Ondan başqa olmamışdır heç bir arzum, diləyim.
Səhər günəş qaldıranda bayrağını üfüqdən,
Yana-yana qəm ardınca qoşmadayam yenə mən.
Səhər kimi köynəyimi cak edirəm mən də bax,
Ürəyimdən ah çəkirəm ara-sıra yanaraq
Bütün günü belə keçir kədər dolu bu həyat,
Gecə olcaq bir zulmətə batır yenə kainat.
Günəş göydən son nəfəsin dərib məhzun gedincə,
Səyyarələr gözlərindən qan axıdır hər gecə.
Ağlar, ağlar səmalər də bir matəmə bürünər,
Onun qanlı yaşlarıyla al boyanar üfüqlər.
Yüz ələmlə, yüz kədərlə nalə-fəryad edib mən,
Əl qaldırıb asimanə söyləyirəm urəkdən:
≪Ey ilahi, ürəyimi parçaladı bu həsrət,
Gözlərimdə nurlu gündüz oldu qatı bir zülmət.
Yarəb, məni məhv eləyir bu ayrılıq, bu hicran,
Səbrim daha tükənmişdir, kömək ol, ey yaradan!
Nə vaxtadək məhrum olum, dərdlə belim bükülsün
Nə vaxtadək piyaləmə ürək qanı tökülsün?!
Nə vaxtədək əzab çəkim, qan-yaş tökum cahanda,
Nolar mənim üzümə də bağlı qapı açanda?!
Mən nə qədər gözü yaşlı, qəlb odunda qovrulum?
Bu havadan torpaq kimi mən nə qədər sovrulum?
Bu beytini ah nə yaxşı soyləmişdir bir şair,
Bu lap mənim işgəncəli əhvalıma oxşayır:
≪Ey ilahi, haradadır axı mənim nəsibim,
Mən həsrətdən can verirəm, hanı mənim təbibim?≫

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR