Dərc edildi: Baxış sayı: 881
Abbasqulu ağa Bakıxanov - Gün üzrə ay tuluimi ya gün kəmanıdır
Gün üzrə ay tuluimi ya gün kəmanıdır,
Ya qaşdurur bu cümləsi aşıq gümanıdır.
Cami-cahannümayə düşüb əksi-asiman,
Xalın səvadi əxtəri-bəxtim nişanıdır.
Göstərsə, yox əcəb, yədi-beyza Kəlimi-təb,
Hala ki, şaxi-güldə təcəlla zamanıdır.
Badi-səba əbirfişani-çəmənmidir,
Ya bustani-hüsn ruxün busitanıdır?
Şövqi-təranə, qüvvəti-pərvaz olurmu hiç,
Ol əndəlib üçün ki, qəfəs aşiyanıdır?
Dilbər bəyani-halim eşitməzsə, yox əcəb,
Pərva qılurmu əhli-cünun dastanıdır.
Qüdsi, üzari-zərdimi əşk etdi laləgun,
Bu gülşənin baharı, zəmani-xəzanıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət