Slimfit
  1. İDMAN

Abbasov Vartanyana qarşı: Azərbaycanlılar döyüşə razıdır, ermənilərdən cavab gözlənilir

Abbasov Vartanyana qarşı: Azərbaycanlılar döyüşə razıdır, ermənilərdən cavab gözlənilir
Sakura

Abbasov Vartanyana qarşı: Azərbaycanlılar döyüşə razıdır, ermənilərdən cavab gözlənilir

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü Rusiya vətəndaşlığı olan erməni idmançıya qarşı keçirə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Fight Nights Global” promouşnı tərəfindən Nərimanın şəxsi məşqçisi Şəhriyar Abbasova Eduard Vartanyanla görüş təklif olunub.

Azərbaycan tərəfi döyüşə razılıq verib. İndi qarşı tərəfin də cavab verməsi gözlənilir.

Qeyd edək ki, 25 yaşlı Nəriman Abbasov keçirdiyi 27 döyüşdən 24-də qalib gəlib. O, son doqquz döyüşdə məğlubiyyət görməyib.

Onun rəqibi Eduard Vartanyanın isə 28 yaşı var. “Şir ürəkli” ləqəbi ilə tanınan Vartanyan 19 döyüşdə qalib gəlib, dördündə uduzub.

Qeyd edək ki, razılıq baş tutsa, görüşün Rusiyanın paytaxtı Moskvada olacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR