Dərc edildi: Baxış sayı: 6032
Abbas Səhhət - Tənbəl şeiri
Çox yatma, dur a tənbəl,
Yatsan, olar iş əngəl.
Gün dağlara yayıldı,
Hər bir yatan ayıldı.
Yar-yoldaşın səhərlər
Tez məktəbə gedərlər.
Sən çəştədək yatırsan,
Pal-paltarın atırsan.
Xeyri-şərin qan, oğlum,
Öz halına yan, oğlum.
Bir azca himmət eylə,
Bir azca qeyrət eylə.
Hər kim dilər şad olsun,
Getsin çalışqan olsun.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət