Dərc edildi: Baxış sayı: 6806
Abbas Səhhət - Ot biçini şeiri
Göy çəmənin ətri tutub hər yeri,
Çulğalayıb dağ-dərəni, çölləri.
Əldə biçinçi darağı səfbəsəf,
Ot darayırlar qarılar hər tərəf.
Ot qurusun burda yığırlar şələ,
Yaş otu bir yanda sərərlər hələ.
Kəndlilər əllərdə təmamən yaba,
Arabaya otu yığarlar qaba.
Arabaya ot qalanar, dağ olar,
Kəndlilərin onda kefi çağ olar.
Arabaya at qoşulub gözləyir,
Sanki qaxılmış yerə, tərpənməyir.
Əymə kimi çaxlamış ayaqları,
Sallayıbsan hər iki qulaqların.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət