Slimfit
  1. BİOQRAFİYA

Abbas Səhhət

Abbas Səhhət
Sakura

Mehdizadə Abbas Əliabbas oğlu - Şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının…

Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.

"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir

1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, şeir pərisi və şəhərli" adında romantik poeması nəşr olunur.

Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman qərbçiliyi" ideyasını dəstəkləmişdir.

1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr etmişdir.Şair həm də Mirzə Ələkbər Sabir ilə yaxın dost olmuşdur. Hər ikisinin Şamaxıda yaşamağı bu dostluğun güclənməsində böyük rol oynamışdır.Onlar bəzən ikisi birlikdə Bakıya gəlmişdir.

Atası Molla Əliabbas şair və məktəbdar olmuşdur.

Kitabları:

  1. Cəhalət səmərəsi yaxud bir yetimin xoşbəxtliyi. Bakı: 1914
  2. Sınıq saz. Bakı: 1912,
  3. Kasıblıq eyib deyil (2 pərdəli komediya). Bakı: 1912,
  4. Qərb günəşi (tərcümələr toplusu). Bakı: 1912,
  5. Neft fontanı (1 pərdəli komediya). Bakı: 1912,
  6. Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik (Mahmudbəyovla şərikli). Bakı: 1912,

Ədəbiyyat:

  1. Abdulla Şaiq. Türk ədəbiyyatının müntəxabatı. Bakı: 1925,
  2. Quluzadə. Abbas Səhhət haqqında bir neçə söz. "Maarif İşçisi" jurnalı 6-7 (14-15)-ci saylar, Bakı: 1927.
  3. Abdulla Şaiq. Ədəbiyyatımız haqqında. "Maarif İşçisi" jurnalı 2-4 (14-15)-ci saylar, Bakı: 1927.
  4. "Abbas Səhhət" (1949)
  5. "Abbas Səhhət" (1986)
  6. Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. - səh. 478-479.

Şeirləri

 

Ana və bala

Ana və oğul

Ata və oğul

Ayı və arılar

Bir məktəbdə imtahan

Cücələr

Cücələrim

Əkinçi nəğməsi

Güllərin bəhsi

Gün və külək

Köç

Məktəb şagirdi

Ot biçini

Oğru və anası

Qaranquş balaları

Qış

Quşlar

Şair, şeir pərisi və şəhərli

Tənbəl

Vətən

Yaz

İki uşaq

İlk bahar

İt və kölgəsi

 

Təmsilləri

 

Aşpaz və pişik

Ayı və şir

Qarışqa və milçək

Sərçə və qırğı

Tülkü və meymun

Tülkü və qurd

 

Tərcümələri

 

Qafqaz (A.Puşkin)

Gün ki səhərlər (M.Qorki)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR