Dərc edildi: Baxış sayı: 482
AB ikiüzlüdür - Türkiyədən sərt açıqlama
Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin miqrantlardan siyasi təzyiq kimi istifadə edilməməsi bəyanatı ikiüzlülükdür.
Axar.az xəbər verir ki, bu bəyanatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
“Avropa Birliyi əvvəlki kimi ölkəmizin miqrasiya məsələsiylə bağlı toqquşduğu fövqəladə yükü anlaya bilmir. Dünyanın ən çox sayda qaçqınını ərazisində saxlayan ölkə miqrasiya problemini siyasi məqsədləri üçün istifadə edir ittihamı bizim çox illər ərzində məruz qaldığımız ikiüzlü yanaşmanın yeni sübutudur. AB beynəlxalq hüququ və insan haqlarını pozan Yunanıstanı dəstəkləyərək, öz prinsipləri və dəyərlərinə zidd hərəkət edir”, - deyə bəyanatda bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət