Slimfit
  1. DÜNYA

99 yaşlı veteran koronavirusla mübarizə üçün səkkiz milyon avro yığdı

99 yaşlı veteran koronavirusla mübarizə üçün səkkiz milyon avro yığdı
Sakura

99 yaşlı veteran koronavirusla mübarizə üçün səkkiz milyon avro yığdı

Böyük Britaniyada bir çox insan koronavirusla mübarizə aparan həkimlərə dəstək olmaq üçün evlərində müxtəlif fleşmoblar həyata keçirir.

“BBC” xəbər verir ki, məsələn, 27 yaşlı Sem Xasler öz dördmetrlik eyvanında 21 kilometr qaçıb, 53 yaşlı Con Qriffin isə pilləkənlərdə qalxıb-enərək doqquz min kilometr qət edib. Onların hərəsi bu addımlarına görə bir neçə min funt sterlinq yığa bilib.

Lakin onların heç biri Böyük Britaniya ordusunun 99 yaşlı veteranı Tom Mura çata bilməyib.

Qeyd etmək lazımdır ki, o, ölkəsində koronavirusla mübarizə edən həkimlərə kömək etmək məqsədi ilə pul yığmaq üçün heç kimin köməyi olmadan 100 dəfə 25 metr uzunluğu olan bağını gəzməyə söz verib.

T.Mur bunun müqabilində 1000 funt sterlinq yığmaq istəyib. Lakin onun bu addımına yüz minlərlə insan dəstək verib.

Aprelin 15-dək 347 127 insan onun hesabına ümumi olaraq səkkiz milyon avro yatırıb.

Tom Mur isə hər gün bağda on dəfə gəzir və bununla kifayətlənməyəcəyini bildirib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR