9 ayda 145 milyonluq ixrac
Azərbaycan 2018-ci ilin 9 ayı ərzində 144 mln. 672 min dollar dəyərində pomidor ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.
"Yanvar-sentyabr aylarında Azərbaycan 144 mln. 672 min dəyərində 141 min 204 ton pomidor ixrac edib. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 6,9%, dəyər ifadəsində 12,3% artıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə pomidorun əsas idxalçısı Rusiya olub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Rusiyaya 144 mln. 206,78 min dollar dəyərində 140 min 548 ton (bütün ixracın 99,5%-i) pomidor ixrac olunub. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 6,4%, dəyər ifadəsində 12,3% artıb.
2017-ci ildə Azərbaycan 151,6 mln. dollar dəyərində pomidor ixrac edib, pomidorların əsas həcmi Rusiyaya tədarük olunub.
Mənbə: Marja.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət