Slimfit
  1. GÜNDƏM

87 yaşlı İngiltərə vətəndaşı koranavirusdan sağaldı

87 yaşlı İngiltərə vətəndaşı koranavirusdan sağaldı
Sakura

87 yaşlı İngiltərə vətəndaşı koranavirusdan sağaldı

91 yaşındakı türk əsilli vətəndaşdan sonra 87 yaşlı digər bir İngiltərəli koronavirusu (COVID-19) məğlub etməyi bacardı.

Fotoqraf Sofi Edvards, babası Evart Loktonun Mançesterdəki xəstəxanada 2 həftəlik müalicəsinin müvəffəqiyyətlə başa çatdığını açıqlayıb.

"Evdə müalicəsini tamamlayır"

COVID-19 testi müsbət çıxan və pnevmoniya diaqnozu qoyulan 87 yaşlı babasının xəstəxanadan çıxdığı anın şəklini paylaşaraq "İndi aid olduğu yerdə - doğma evində müalicəsini tamamlayacaq" deyib.

Ölənlərin sayı 759-a yüksəldi

Qeyd edək ki, bir müddət əvvəl "Londonda yaşayan əslən Kahramanmaraşdan olan 91 yaşındakı İbrahim Özalpın 10 günlük koronavirus müalicəsini müvəffəqiyyətlə tamamladığı təsdiq olunmuşdu.

Bu gün isə İngiltərədə, COVID-19 səbəbindən ölənlərin sayı bir gündə 181 nəfər artaraq 759 nəfərə, yoluxanların sayı isə 2921 nəfər artaraq 14 min 579-a çatıb. Ölkənin Baş naziri Boris Conson və Səhiyyə naziri Matt Hankokun Kovid-19 testlərinin nəticəsi müsbət çıxıb.

 

Mənbə: www.trthaber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR