Dərc edildi: Baxış sayı: 635
“8103” nömrəsinə nalayiq sözlər yazanlar cəzalandırılıb - RƏSMİ
“8103” nömrəsinə nalayiq sözlər yazıb göndərən şəxslər barəsində hüquq-mühafizə orqanlarına məlumat verilib”.
Oxu.Az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” TV-nin efirində deyib.
O bildirib ki, ilk günlərdə sui-istifadə halları çox olub:
“Qeyd edilən “8103” nömrəsinə kənar ifadələr, nalayiq sözlər yazan vətəndaşlar olmuşdu. Onlar barəsində Daxili İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görülüb. Eyni zamanda, bu istiqamətdə digər vətəndaşların məlumatlandırılması ilə bağlı işlər görülüb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət