800.000 insan heykələ toxunmaq üçün yarışa girdi
Filippinin paytaxtı Manilada təxminən 800.000 katolik şəxs günahlardan təmizlədiyi və şəfa verdiyinə inandıqları Hz. İsa peyğəmbərin heykəlinə toxunmaq üçün bir-biri ilə yarışa girib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər il yanvar ayının əvvəllərində Katoliklər Hz. İsanın ölkəyə və bu mərasimə qatılanlara il ərzində sağlamlıq və xoşbəxtlik gətirməsi üçün “Qara Nazarene” festivalını təşkil edirlər.
Hz. İsanın “Qara Nazarene” adlandırılan bu nəhəng heykələ toxunmaq istəyənlər körpüdə izdihamlı insan axınına səbəb olublar.
Qeyd olunur ki, hər hansısa qəza ehtimalının qarşısını almaq üçün ehtiyat tədbirləri də görülüb. Heykələ toxunmaq üçün gələnlər isə qayıqlarını çayda saxlayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət