Slimfit
  1. MARAQLI

8 yaşında küçələrdə qəzet satan, 26 uşağa atalıq edən aktyorun film kimi həyatı

8 yaşında küçələrdə qəzet satan, 26 uşağa atalıq edən aktyorun film kimi həyatı
Sakura

8 yaşında küçələrdə qəzet satan, 26 uşağa atalıq edən aktyorun film kimi həyatı

Həbsxanada məhbus yoldaşlarını əyləndirməyi bacaran, 26 uşağı övladlığa götürən, bir tərəfdən aktyorluq, digər tərəfdən çayxana işlədən macəra dolu bir həyat...

Məşhur aktyor Turqay Tanülkünün həyatı da bir film kimidir.

O, 8 yaşında atasını itirib. Pul qazanmaq üçün küçələrdə smit və qəzet satıb.

18 yaşında həbsxanaya girən aktyor 26 yaşında oradan başqa birisi olaraq çıxıb.

Turqay Tanülkü 8 yaşında (solda)

Azadlığa çıxdığı zaman "Mən buraya yenidən geri dönəcəm" deyə özünə söz vermişdi.

musavat.com  xəbər verirki, Turqay Tanülkü ömrünü həbsxanalarda məhkumlara teatrların təşkil edilməsi üçün həsr edən bir aktyordur. Üstəlik, o, təkcə məhbusların deyil, uşaqlarının da həyatı üçün bir ümid olub.

Onun 26 övladı var, onlardan 14-ü həbsdə olan məhkumların uşaqlarıdır. Onun övladlığa götürdüyü uşaqların çoxu universiteti bitiriblər. Onlardan biri hətta hüquq fakültəsini bitirib və hüquqşünas olub.

Məşhur aktyor siyasi səbəblərə görə 1970-ci illərdə Ulucanlar Həbsxanasına gedəndə cəmi 18 yaşı var idi. O, həbsxanaya həm hüquq məktəbinə, həm də konservatoriya imtahanlarından keçdiyi sırada girib. Həbsxanada olarkən bir çox işgəncələrə məruz qalıb.

Ailəsi onun həbsxanada olduğunu bilmirdi, onun Almaniyada olduğunu düşünürdülər. Buna görə o həbsdə olarkən ziyarətinə heç kim gəlmirdi.

Həbsxanada olarkən, gözətçi müşayiəti ilə məktəbə gedə bilirdi. Bu imkan sayəsində həbsdə ola-ola konservatoriyanı bitirə bilib.

Məktəblə həbsxana arasında iki küçədə var idi və mühafizəçi onu məktəbə gətirir, axşam da aparırdı. Məktəb yoldaşları isə onun məhbus olduğunu bilmirdi.

26 yaşında olanda, yəni səkkiz il keçdikdən sonra günahkar olmadığı sübuta yetirildiyi üçün sərbəst buraxıldı. Ancaq həbsxanadan çıxanda özünə bir söz verdi: "Bir gün həbsxanaya qayıdacağam!"

O söz verdiyi kimi məhbuslarla könüllü teatr qurmaq üçün geri qayıtdı.

Turqay Tanülkü 1981-ci ildə könüllü olaraq teatrda oynamağa başlayan, məhbuslarla məşhurlaşan bir aktyordur. Söz verdiyi kimi, həbsxanaya qayıtdı, amma bu dəfə cinayətkar kimi deyil.

31 ildir evli olan məşhur aktyor, həbsdə olarkən gördüyü işgəncələrə görə heç bir övladı olmayıb. O həbsxalanarda məhbusların övladları ilə tanış olduqca həyata baxışı dəyişib.

Turqan Tanülkü ilk öncə məhkumların uşaqlarını oxutmağa başlayıb. Daha sonra onaların aylıq ərzaqlarını, kirayə pullarını ödəməklə davam edib.

O, bu uşaqara baxmaq üçün təkcə filmlərlə, teatr və ya seriallardan qazandığı pul ilə yetinməyib. Bu uşaqların gələcəyi üçün Turqay Tanülkü bir çox işlərdə işləyib. O, uşaqları saxlamaq üçün çayxana işlədib, hətta selofan paketlər satdığı vaxt da olub.

Daha sonra aktyor həyat yoldaşı ilə birlikdə qərara gələrək bu uşaqları övladlığa götürüb.

İndi məşhur aktyorun 26 övladı və nəvələri var. Onlardan 11-i universitetdən məzun olub və ailə quranlar da var. Bu uşaqlardan orta yaşlarında olanlar da var. O, bütün övladları ilə tək-tək qürur duyur, ancaq Merve Sultan Elgün adlı qızı ilə daha çox qürur duyur.

Çünki Merve universiteti bitirib hüquqşünas olub.

Turqay Tanülkünün Merve ilə tanışlığı da maraqlı olub.

Turqay Tanülkü hüquqşünas Merve ilə birlikdə

Mervenin öz atası Buca həbsxanasında qalan məhbuslardan biri idi. Həmin həbsxanada oyun zamanı kiçik bir qız (Merve) məşhur aktyorun yanına gələrək "Turgay ata dedikləri adam sənsən? Biz oxumaq istəyirik" demişdi.

12 yaşlı Merveni oradan alan Turqay Tanülkü hüquqşünas edərək cəmiyyətə böyük bir fayda verib.

Turgay Tanülkü övladlığa götürdüyü uşaqları haqqında bunları deyir:

"1981-ci ildə ilk dəfə bir uşağı övladlığa götürdüm. İndi onun 45 yaşı var. Oğlanlarım, qızlarım, nəvələrim var. Dostlarım da bəzi övladlarımın qayğısına qalırlar. Onlar beş ayrı evdə böyüyürlər. Kiçiklər Uşak şəhərində yaşayırlar. Uşakdakı ibtidai, orta və liseydə oxuyurlar. İstanbul, Ankara, İzmirdə universitet qazanmaq məcburiyyətindədirlər. Onlardan 17-si universitetdə oxuyur. Ümumilikdə nəvələrimlə bir yerdə 101 övladım var. Ailəmiz gündən-günə böyüyür".

Turqay Tanülük böyüyən və pul qazanan övladlarına belə hələ də dəstək olur. Bütün bu işlərə onun həyat yoldaşı da böyük dəstək verir.

Turqay Tanülkü həyat yoldaşı Zəhra Tanülkü ilə birlikdə

Turqay Tanülkü həyat yoldaşı haqqında isə hər zaman həm üzülərək həm dəq qürurla bu sözləri deyir: "Hər analar günündə ona bir övlad verə bilmədim deyə həyat yoldaşımdan üzr istəyirəm. Ancaq bu gözəl insanlar övladlarını mənə əmanət etdilər. Buna görə də böyük bir ailəm var".

Turqay Tanülkü bütün bunları etdiklərinə baxmayaraq o hər zaman uşaqların öz ailələrinin yanına getməsini istəyir.

Bu qədər cəsarətli bir insanın həyatdakı bütün çətinliklərinə rəğmən mübarizəsi, onun etdiyi yaxşılıqlar yer üzündə hələ də böyük ürəkli adamların olmasının nümunəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR