Slimfit
  1. DÜNYA

8 sentyabr - Dünya Fizioterapiya Günüdür

8 sentyabr - Dünya Fizioterapiya Günüdür
Sakura

8 sentyabr - Dünya Fizioterapiya Günüdür

8 sentyabr - Dünya Fizioterapiya Günüdür. Bu əlamətdar gün Dünya Fiziki Terapiya Konfederasiyası tərəfindən 1996-cı ildə təsis edilib. 8 sentyabr həm də 1951-ci ildə sözügedən konfederasiyanın yaradıldığı gündür.

 Dünya Fizioterapiya Günü bütün fizioterapevtlərin peşə bayramıdır. Hər il həmin peşənin sahibləri məsləklərini gənclər arasında təşviq etmək və hər kəs üçün əhəmiyyətini qəbul etdirmək səbəbi ilə müxtəlif kampaniya və aksiyalar təşkil edirlər.

 Fizioterapevtlərin əsas işləri idman zədələrinin sağaldılması ilə əlaqədardır. Lakin onlar cərrahi əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya, xroniki ağrılar, nevroloji və tənəffüs pozulmaları kimi müxtəlif vəziyyətlərdə yardım edirlər. Fizioterapevtlər, həmçinin ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet və insult xəstəlikləri üçün də vacib, qabaqlayıcı, profilaktik müalicə üsulları tətbiq edirlər.

 Dünya Fizioterapiya Günü hər kəsə fizioterapevtlərə “təşəkkür etmək” və onların əməyini dəyərləndirmək fürsəti verir.

 Hər il bu təqvimin şüarı “Sağlamlıq üçün hərəkət”dir. Cari ildə Dünya Fizioterapiya Gününün devizi "Reabilitasiya ve COVID -19" olub. 

 

Mənbə: Aztibb.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR