Dərc edildi: Baxış sayı: 2301
Nyu-Yorkda fəaliyyətə başlayacaq klinikalardan birində gənclərin qanı yaşlılara köçürüləcək
"Kommersant.az" xəbər verir ki, "Ambrosia Medical", prosedura görə, 8 min dollar alacaq. Xidmətin yaşlı insanların müxtəlif xəstəliklərdən qorunmağa yardım edəcəyi məqsədi ilə göstəriləcəyi bildirilir. Klinika 16-25 yaşlı donorların qanından istifadə etməyi planlaşdırır. Əldə edilən qan isə 35-92 yaşlı pasientlərə köçürüləcək. Sınaq 100 nəfər üzərində aparılacaq.
"Ambrosia Medical"ın bu ilin sonunda fəaliyyətə başlayacağı gözlənilir. Stenford Universitetinin nevroloqları isə müalicənin effektiv olacağına kliniki əlamətlərin olmadığını bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət