Slimfit
  1. TEXNOLOGİYA

7nm prosessorlu Huawei Mate 20 haqqında məlumatlar yayıldı

7nm prosessorlu Huawei Mate 20 haqqında məlumatlar yayıldı
Sakura

7nm prosessorlu Huawei Mate 20 haqqında məlumatlar yayıldı

Ens.az xəbər verir ki, yeni məlumat sızması Huawei Mate 20-nin dəqiq texniki özəllikləri, qiyməti və satışa çıxma tarixini ortaya çıxardı. Yeniliyin 7nm Kirin 980 çipseti ilə təchiz olunmuş dünyada ilk smartfon olacağı gözlənilir. Bundan başqa, qadcet Quad HD ölçülü, nazik çərçivə və yuxarı hissəsindən kəsiklə 6,3 düymlü AMOLED-displey əldə edəcək. 

Mate 20-nin əsası 2.8Qhz-ə qədər tezlikli dörd Cortex-A76 və dörd enerji effektivli Cortex-A55 nüvəli Kirin 980 prosessoru olacaq. Şayələrə görə 7nm texniki proses 10nm prosessorlardan 20% daha çox məhsuldarlığı və 40% daha az enerji sərfiyyatını təmin edəcək. Kirin 980 AI-hesablamalar üçün blokla da təchiz olunacaq.

Huawei Mate 20 iki versiyada çıxacaq: 6/128QB və 8/256QB. Yaddaşın genişləndirilməsi üçün microSD slotu nəzərdə tutulub. Cihaz 4200 mA/s həcmi sürətli doldurula bilən akkumulyator, 40 meqapikselli üç kamera və selfi üçün 20 meqapikselli kamera ilə təchiz olunub. Qutudan cihaz Android 9 Pie ilə işləyəcək.

Huawei Mate 20 smartfonunun qiyməti 999$ təşkil edəcək. Smartfon satışa ən tez 2018-ci ilin sentyabr ayının sonlarında çıxacaq.

Mənbə: gizmochina.com (4pda.ru)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR